Tokayev hərbçilərin ölümünə görə müdafiə nazirini işdən çıxarıb
27 sentyabr 2026, 09:45 · Mənbə: Report.az

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Daürən Kosanovu ölkənin müdafiə naziri vəzifəsindən azad edib.
"Report"un məlumatına görə, bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Tokayev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, Kosanovun vəzifədən azad edilməsi Xəzər dənizində hərbi təlimlər zamanı baş verən və hərbçilərin ölümü ilə nəticələnən faciədən sonra baş verib.
Hadisə sentyabrın 24-də Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı qeydə alınıb. İlkin məlumatlara görə, hərbçilərin olduğu qayıqdan şəxsi heyətin sahilə çıxarılması zamanı hava şəraiti kəskin pisləşib. Güclü külək nəticəsində hərbçilər açıq dənizə aparılıb.
Hadisə nəticəsində 14 hərbçi həlak olub, 3 nəfər isə xilas edilib. Faciənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.
Oxşar xəbərlər

Dünya
Çin uşaq bağçasının direktoru qələvi ilə zəhərləmə görə ömürlük həbs cəzası alıb
News.ru · 18 oktyabr 2026, 17:17
Dünya
Rəcəb Tayyib Ərdoğan Azərbaycana Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Anadolu Agency · 18 oktyabr 2026, 17:17

