TopXəbər

Tayvan sahillərində iki zəlzələ baş verib

24 oktyabr 2026, 07:47 · Mənbə: Report.az

Tayvan sahillərində iki zəlzələ baş verib

Oktyabrın 24-nə keçən gecə Tayvanın şərq sahillərində 5 və 4,8 maqnitudalı iki zəlzələ baş verib.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Oktyabrın 24-nə keçən gecə Tayvanın şərq sahillərində 5 və 4,8 maqnitudalı iki zəlzələ baş verib.

"Report" Tayvanın Mərkəzi Meteorologiya İdarəsinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 04:48 və 04:58-də (Bakı vaxtı ilə 00:48 və 00:58-də) qeydə alınıb.

Birinci zəlzələnin episentri Hualyan şəhərindən 31 km şərqdə dənizdə, ocağı isə 15,4 km dərinlikdə yerləşib.

İkinci zəlzələnin episentri həmin şəhərdən təxminən 30 km şərqdə, 16,6 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.