Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib
24 oktyabr 2026, 08:17 · Mənbə: Report.az

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib.
"Report" "Arab News"a istinadən xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat yayıb.
"HHM qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib", - o, "X" sosial şəbəkəsində yazıb.
İnsidentlə əlaqədar Səudiyyə Ərəbistanının Baş Mülki Müdafiə İdarəsi fövqəladə hallar barədə milli erkən xəbərdarlıq sistemini işə salaraq paytaxt sakinlərini ehtimal olunan təhlükə barədə xəbərdar edib.
Daha sonra qurum hava həyəcanının ləğv olunduğunu bildirib.
AFP agentliyi isə hava təhlükəsi xəbərdarlığı sistemlərinin işə düşməsi fonunda Ər-Riyadda iki partlayış səsinin eşidildiyi barədə məlumat verib.
Oxşar xəbərlər
Dünya
İordaniya üç günlük matəm elan edib, ABŞ Oleşkidə müvəqqəti atəşkəs razılaşmasını açıqlayıb, Rusiya-Ukrayna 270 hərbi mübadiləsi keçirdi
Anadolu Agency · 24 oktyabr 2026, 09:17

Dünya
Xristianlar 25 oktyabrda Yerusəlimi Müqəddəs Ana İkonasını yad edir
News.ru · 24 oktyabr 2026, 09:17
Dünya
Enerji və maliyyə əlaqəliliyi Verona Avrasiya İqtisadi Forumunda ön planda oldu
Anadolu Agency · 24 oktyabr 2026, 09:17

Dünya
"Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır
Report.az · 24 oktyabr 2026, 09:18