TəciliKütləvi elektrik kəsintisi Qərb Krımdə olub

TopXəbər

İran ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verilməyəcəyini bəyan edib

24 oktyabr 2026, 08:17 · Mənbə: Report.az

İran ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verilməyəcəyini bəyan edib

İran heç vaxt ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verməyəcək.

Yeniliklərdən dərhal xəbərdar olun!

İran heç vaxt ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verməyəcək.

"Report" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi və "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Abdullahinin bəyanatında bildirilib.

"(ABŞ Prezidenti Donald) Tramp dəfələrlə iddia edib ki, guya İranın nüvə obyektlərini məhv ediblər, lakin eyni zamanda və təkrar-təkrar bəyan edirlər ki, İranın nüvə silahı olmamalıdır və bu ziddiyyət bitmək bilmir", - "Tasnim" agentliyi Abdullahinin sözlərindən sutat gətirib.

O, ABŞ Prezidentinin müvafiq sözlərinin daxili auditoriyaya hesablandığını bildirib.

Baş Qərargah rəisi həmçinin ABŞ hərbi qüvvələrinin Hörmüz boğazı ilə İranın dəniz və quru sərhədlərinə yaxınlaşmağa cəsarəti çatmadığını iddia edib.