TopXəbər

Tayfun Taşdemir dünya üçüncüsü oldu

27 sentyabr 2026, 19:46 · Mənbə: Anadolu Ajansı

Türkiyənin milli bilardocusu Tayfun Taşdemir 3 Bant Bilardo Dünya Çempionatında üçüncü yeri tutub.

Anadolu Ajansı yazır ki, Türkiyə Bilardo Federasiyasının açıqlamasına görə, Tayfun Taşdemir Fransanın Bloa şəhərində keçirilən 3 Bant Bilardo Dünya Çempionatında iştirak edib.

Çeyrək finalda Almaniyadan Martin Hornu 50-23 hesabı ilə məğlub edən bilardocu yarımfinala yüksəlib.

Məzmun media
Məzmun media

Yarımfinalda Vietnamlı Faonq Vinh Bao ilə qarşılaşan Tayfun Taşdemir 48-50 hesabı ilə uduzub və yarışda üçüncü yerə layiq görülüb.