"Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" mövzusunda konfrans keçirilib
3 oktyabr 2026, 12:45 · Mənbə: Report.az

Bakıda "Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" mövzusunda konfrans keçirilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda "Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" mövzusunda konfrans keçirilib.
"Report" xəbər verir ki, konfransda Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyətindən qonaqlar, Türk dövlətlərinin Azərbaycandakı diplomatik korpuslaırnın təmsilçiləri, ictimaiyyət nümayəndələri, millət vəkilləri, media təmsilçiləri, QHT rəhbərləri, ziyalılar və Türk dünyasının fəalları iştirak ediblər.
Tədbirin məqsədi Türk dünyasının ortaq tarixi və mədəni dəyərləri, Şuşa Bəyannaməsinin yaratdığı strateji əməkdaşlıq mühiti və Türk Dövlətləri Təşkilatının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq olub.
Konfransda çıxış edən "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi"nin (CASCFEN) sədri, Əməkdar jurnalist Nadir Azəri tədbirin 3 oktyabr tarixində keçirilməsinin xüsusi məna daşıdığını da qeyd edib. O xatırladıb ki, 3 oktyabr Türk Dövlətləri Əməkdaşlıq Günü kimi qeyd olunur.
Gəncliyə Yardım Fondunun prezidenti Salih Zeki Meriç fondun fəaliyyəti barədə məlumat verib, tədbirə ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib və Türk dünyasının müxtəlif ölkələrindən olan nümayəndələrin bir araya gəlməsinin əhəmiyyətini vurğulayıb.
Fotoqalereya
1 / 4Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına mövzusunda konfrans keçirilib
TDT-yə üzv ölkələrin QHT Platformasının Baş katibi, Milli Məclisin deputatı Azər Allahverənov Türk dünyasında vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.
Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer isə Türk dünyası arasında əlaqələrin inkişafında bu cür platformaların roluna diqqət çəkib.
Konfransın əsas məruzəçisi, ŞKTC-nin Bayraq Radio və Televiziya Qurumunun (BRTK) direktoru Meryem Özkurt Şuşa Bəyannaməsinin Azərbaycan-Türkiyə strateji tərəfdaşlığını daha yüksək mərhələyə daşıdığını, Türk Dövlətləri Təşkilatının isə Türk dünyası arasında əməkdaşlığın institusional əsaslarını gücləndirdiyini bildirib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli Türk Dövlətləri Təşkilatının inkişaf edən əməkdaşlıq platforması kimi əhəmiyyətinə diqqət çəkərək Türk dövlətləri arasında əlaqələrin müxtəlif istiqamətlərdə genişləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra konfrans müzakirələrlə davam edib.
Sonda layihə çərçivəsində keçirilən rəsm müsabiqəsinin finalçıları və fərqlənən iştirakçılar mükafatlandırılıb. Türk dünyasının ortaq dəyərlərini və Turan düşüncəsini əks etdirən əsərlər arasından seçilən 21 finalçıya mükafatlar təqdim olunub.
Oxşar xəbərlər

Siyasət
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Report.az · 18 oktyabr 2026, 14:17

Siyasət
Niderland səfirliyi: Azərbaycana davamlı sülh, rifah və tərəqqi arzulayırıq
Report.az · 18 oktyabr 2026, 13:46


Siyasət
Populist Çexiya Baş Naziri Babiş Senat seçkilərində üzülüb
Deutsche Welle · 18 oktyabr 2026, 11:17