TopXəbər

Sırbistan Prezidenti Aleksandr Vuçiç istefa verdi

27 sentyabr 2026, 23:15 · Mənbə: Anadolu Ajansı

Sırbistan Prezidenti Aleksandr Vuçiç istefa verib və səlahiyyətlərini Milli Məclis sədrinə ötürüb.

Anadolu Agentliyi yazır ki, Sırbistan Prezidenti Aleksandr Vuçiç istefa qərarını imzalayıb və bunu xalqa elan edib.

O, istefasından sonra prezident seçkilərinin dekabrın sonuna qədər keçirilməli olduğunu bildirib.

Kontent media
Kontent media

Vuçiç oktyabrın 25-də keçiriləcək erkən parlament seçkilərində sıradan vətəndaş olaraq iştirak etmək istədiyini deyib.

O, seçkilərdə kim qazanarsa-qazansın, həmin şəxsin sülh və sabitliyi qorumaq məsuliyyəti daşıyacağını vurğulayıb.

Həmçinin, iqtisadi inkişafın davam etdirilməsinin vacib olduğunu, bunun üçün isə yeniliklərə, süni intellekt və robot texnologiyalarına önəm verilməli olduğunu qeyd edib.

Erkən parlament seçkilərində Vuçiç Sırp İrəliləyiş Partiyasının (SNS) siyahılarından namizəd olacaq.

Milli Məclis sədri Ana Brnabiç isə Vuçiçin istefasından sonra prezident səlahiyyətlərini icra edəcək.