TopXəbər

Şiddətli yağışlarda 56 nəfər həlak olub

27 sentyabr 2026, 14:44 · Mənbə: News.ru

Hindistanın Uttar-Pradeş ştatında davamlı yağışlar selə səbəb olaraq 56 nəfərin ölümünə yol açıb.

News.ru yazır ki, Uttar-Pradeşdə şiddətli yağışlar normal səviyyədən 775 faiz çox yağıb və bu səbəbdən sel fəlakəti baş verib.

Ən azı 56 nəfər həyatını itirib, 46 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Yağışlar ştatın bir neçə bölgəsində selə və struktur zədələrə səbəb olub, minə yaxın bina zərər görüb.

Hindistan rəsmiləri bildirir ki, hadisə nəticəsində yardım və bərpa işləri davam edir.

Dünya

Rusiya şəhərlərində mobil internet işləməyib

News.ru · 18 oktyabr 2026, 11:47