TopXəbər

Səudiyyə Ərəbistanında Cazan və Necran üçün təcili vəziyyət elan olundu

28 sentyabr 2026, 16:16 · Mənbə: Anadolu Ajansı

Səudiyyə Ərəbistanında Cazan və Necran üçün təcili vəziyyət elan olundu

Səudiyyə Ərəbistanının Cazan və Necran bölgələri üçün təcili vəziyyətlə bağlı xəbərdarlıq verilib. Vətəndaşlara təhlükəsizlik protokollarına əməl etmək tövsiyə olunub.

Anadolu Ajansı yazır ki, Səudiyyə Ərəbistanının Sivil Müdafiə Baş İdarəsi Cazan və Necran bölgələrində mümkün təcili vəziyyətlə bağlı alarm verib.

İdarənin ABŞ mənşəli sosial media platformasında paylaşdığı açıqlamada, bölgə sakinlərinin can və mal təhlükəsizliyini qorumaq məqsədilə təcili vəziyyət protokollarına riayət etmələri istənilib.

Açıqlamada məsələ ilə bağlı əlavə məlumat və ya təhdidin növü açıqlanmayıb, lakin yerli hakimiyyətlərin göstəriş və xəbərdarlıqlarına diqqətlə riayət etmək vurğulanıb.

Qısa müddət sonra Sivil Müdafiə Baş İdarəsi verilmiş xəbərdarlığın sona çatdığını bildirib.

Yəməndə İran dəstəkləyən Husilər bir müddətdir Səudiyyə Ərəbistanının sərhəd bölgələri və cənub vilayətlərini balistik raket və pilotsuz uçuş aparatları ilə hədəfə alır.