TopXəbər

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

17 oktyabr 2026, 11:17 · Mənbə: Report.az

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinə (UKMTO) istinadən məlumat yayıb.

İdarənin məlumatına görə, hadisə ötən gün baş verib. Ekipajın bütün üzvləri təxliyə ediliblər.

Qeyd olunub ki, hadisə nəticəsində ətraf mühit üçün mənfi nəticələr qeydə alınmayıb.

Mərminin mənşəyi və hücumun şəraiti barədə hələ ki məlumat verilmir.