Sahil Babayev:"2027-ci ilin büdcə zərfində sosial islahatlar üçün ehtiyat vəsait nəzərdə tutulub"
4 noyabr 2026, 14:47 · Mənbə: Report.az

Gələn ildən növbəti genişmiqyaslı sosial islahat paketinin icrasına start verilməsi planlaşdırılır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Gələn ildən növbəti genişmiqyaslı sosial islahat paketinin icrasına start verilməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün baş tutan iclasında 2027-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı bildirib.
"Həmin paketin son parametrləri hazırda hökumət səviyyəsində müzakirə mərhələsindədir. Bu büdcə zərfinin cari xərcləri tərkibində məhz bu istiqamət üzrə müvafiq ehtiyat formalaşdırılıb.
Bunun nəticəsi kimi cari xərclərdə artım gözlənilir. Çünki sosial islahat paketi ənənəvi şəkildə çoxsaylı sahə və seqmentləri əhatə edir və onların hamısı cari xərclər kateqoriyasına aid edilir", - nazir qeyd edib.
S. Babayevin fikrincə, hazırda qarşıda duran ən əhəmiyyətli məsələ həm xarici, həm də daxili özəl investisiyaların artırılmasının stimullaşdırılması və bunun üçün lazımi şəraitin daha da təkmilləşdirilməsidir:.
Cari xərclərin və ümumilikdə büdcə həcminin artımının inflyasiyaya təsirinə toxunan nazir qeyd edib ki, büdcə xərclərinin artımı 1,7 % həddində proqnozlaşdırılır. Onun sözlərinə görə, bu göstəricinin inflyasiyaya əhəmiyyətli təsir göstərəcəyi gözlənilmir. Həm monetar, həm də fiskal siyasətin bu baxımdan yetərincə əlaqələndirildiyi vurğulanıb.
"Bununla yanaşı, cari xərclərin artmasının başlıca səbəblərindən birini ölkə Prezidenti əvvəlcədən bəyan etmişdi. Belə ki, gələn ildən başlayaraq növbəti həcmli sosial islahat paketinin icrasına start verilməsi planlaşdırılır".
Oxşar xəbərlər

İqtisadiyyat
GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib
Report.az · 9 noyabr 2026, 16:17

İqtisadiyyat
Azərbaycan 2060-cı ilə qədər binalarda qaz isitmə sistemlərindən tam imtina edəcək
Report.az · 9 noyabr 2026, 11:47

İqtisadiyyat
"GL Group" və "SLB" Azərbaycanın neft-qaz sektorunda birgə fəaliyyətin perspektivlərini müzakirə ediblər
Report.az · 9 noyabr 2026, 10:47

İqtisadiyyat
Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
Report.az · 8 noyabr 2026, 14:47