"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb
5 oktyabr 2026, 13:16 · Mənbə: Report.az

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.
O, sözügedən qarşılaşma üçün paket biletlərlə birlikdə 45 minə yaxın biletin satıldığını söyləyib.
"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün indiyədək ümumilikdə 100 mindən çox bilet satılmışdı.
Xatırladaq ki, "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını Bakı Olimpiya Stadionunda keçirəcək. "Bayquşlar" oktyabrın 13-də Çexiyanın "Slaviya" komandasını qəbul edəcək.
Oxşar xəbərlər


İdman
Hindistan və Qərbi Hindistan yağış səbəbindən T20 finalını tamamlamayıb
Al Jazeera · 17 oktyabr 2026, 22:17

İdman
"Qarabağ" "Neftçi" ilə oyunun son dəqiqəsində məğlubiyyətdən xilas olub
Report.az · 17 oktyabr 2026, 21:17

İdman
Neto iki qol vuraraq Çelsini Everton üzərində qələbəyə aparıb, amma Martinez daha böyük zədə alıb
Al Jazeera · 17 oktyabr 2026, 19:47