"Sabah" klubunun basketbolçusu Frenki Fidler FIBA Çempionlar Liqasında həftənin oyunçusu seçilib
30 oktyabr 2026, 16:47 · Mənbə: Report.az

"Sabah" klubunun basketbolçusu Frenki Fidler FIBA Çempionlar Liqasının 2026/2027 mövsümünün IV həftəsinin ən yaxşı oyunçusu seçilib.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah" klubunun basketbolçusu Frenki Fidler FIBA Çempionlar Liqasının 2026/2027 mövsümünün IV həftəsinin ən yaxşı oyunçusu seçilib.
"Report" Bakı klubuna istinadən xəbər verir ki, amerikalı basketbolçu azarkeşlər arasında keçirilən səsvermədə rəqiblərini geridə qoyaraq "Player of the Week" nominasiyasında qalib seçilib.
F.Fidler bu ada oktyabrın 27-də Fransanın "Nanter 92" komandası ilə qarşılaşmada nümayiş etdirdiyi parlaq oyun sayəsində namizəd olub.
Təmsilçimizin 87:80 hesablı qələbəsi ilə başa çatan görüşdə Fidler 18 xal, 5 ribaund, 5 məhsuldar ötürmə və 2 topalma ilə yadda qalıb. Basketbolçunun effektivlik göstəricisi 21 olub.
Oxşar xəbərlər


Dünya
Mənimsəmədə şübhəli bilinən Rusiyanın Murmansk vilayətinin qubernatoru saxlanılıb
Report.az · 23 noyabr 2026, 21:47

Dünya
Serbiyada müxalifət parlamentin heç bir komitəsinə rəhbərlik etməyəcək
Report.az · 23 noyabr 2026, 21:17

Dünya
Avropa Komissiyası rusiyalı hərbçilər və turistlər üçün viza qaydalarını sərtləşdirib
Report.az · 23 noyabr 2026, 20:47