TopXəbər

Rusiya qan köçürülməsində yeni qaydalar tətbiq edəcək

4 oktyabr 2026, 06:44 · Mənbə: News.ru

Rusiya qan köçürülməsində yeni qaydalar tətbiq edəcək

2027-ci il yanvarın 1-dən Rusiya qan köçürülməsi prosedurlarında dəyişikliklər olacaq. Yeni qaydalar pasiyentlərin hazırlanmasında sərt tələbləri nəzərdə tutur.

News.ru xəbər verir ki, 2027-ci ilin yanvarın 1-dən Rusiyada donor qanının köçürülməsi üçün pasiyentlərin hazırlanması üzrə yeni qaydalar qüvvəyə minəcək.

Yeni qərara əsasən, AV0 qan qrupu və rezus faktoru müəyyənləşdirilməsi üçün yalnız bir qan nümunəsi götürüləcək. Əgər nəticələr arasında fərqlər aşkarlanarsa, həkim yeni nümunə götürülməsi üçün göndəriş verəcək.

Qan nümunələri təsdiqləyici testlər, uyğunluq yoxlamaları və şəxsi uyğunluq seçimləri üçün ən çox 48 saat əvvəl götürülməlidir.

Çəki 30 kilodramdan az olan pasiyentlər üçün qan nümunəsinin həcmi 3 millilitrdan artıq ola bilməz, antiakuqolant nəzərə alınmır.

Qan nümunələrinin laboratoriyaya daşınması xüsusi konteynerlərlə həyata keçiriləcək və konteynerdə temperatur maksimum 10 dərəcədə saxlanmalı, temperatur rejimi 24 saat ərzində qeyd edilməlidir.

Yeni qaydalar 1 sentyabr 2032-ci ilə qədər qüvvədə qalacaq və transfüziya prosedurlarının təhlükəsizliyi və effektivliyinin artırılmasına yönəlib.