TopXəbər

Rusiya ordusu Ukrayna PUA-larının hücumlarını dəf etdi

26 sentyabr 2026, 13:26 · Mənbə: News.ru

Rusiya ordusu Ukrayna PUA-larının hücumlarını dəf etdi

Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun 645 pilotsuz uçuş aparatlı hücumunun qarşısının alındığını açıqlayıb.

News.ru-nun yazdığına görə, sentyabrın 26-na keçən gecə Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun Rusiya ərazisindəki obyektlərə pilotsuz uçuş aparatları ilə hücum cəhdlərini uğurla dayandırıb.

Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilir ki, növbətçi hava hücumundan müdafiə vasitələri 645 ədəd ukraynalı PUA-nı vurub.

Hücumlar sentyabrın 25-i saat 20:00-dan sentyabrın 26-sı saat 08:00-dək davam edib və PUA-lar Astarxan, Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Orlov, Rostov, Ryzan, Tula vilayətləri, Moskva vilayəti, Krasnodar və Stavropol diyarları, Qırım Respublikası, eləcə də Qara və Azov dənizlərinin akvatoriyasına qarşı yönəlmişdi.

Qeyd olunan bölgələrdə hava məkanında Rusiya ordusu pilotsuz uçuş aparatlarını aşkar edərək məhv edib.