TopXəbər

Rusiya və Almaniya “Şimal axını”nı işə salmaq üçün razılaşa bilər

26 sentyabr 2026, 17:58 · Mənbə: News.ru

Rusiya və Almaniya birlikdə zədələnmiş "Şimal axını" kəmərini təmir edib işə salmaq imkanlarını müzakirə edir.

News.ru yazır ki, Rusiyanın Dövlət İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Rusiya və Almaniyanın zədələnmiş "Şimal axını" qaz kəmərini birlikdə işə salmaq imkanına malik olduğunu bildirib.

O, Almaniyada "Almaniyanın alternativləri" partiyasının həmsədri Tino Hrupalalanın "Şimal axını" və "Şimal axını-2" kəmərlərinin partladılmasına dair beynəlxalq araşdırma aparılması və bu kəmərlərin təmir edilərək yenidən işə salınması çağırışına cavab verib.

Dmitriyev qeyd edib ki, Almaniya xalqını təmsil edən "Almaniyanın alternativləri" partiyası ölkənin enerji müstəqilliyi, rifahı, sülh və əməkdaşlıq uğrunda mübarizə aparır.

2022-ci il sentyabrın 26-da bu qaz kəmərlərinin üç xəttində partlayışlar qeydə alınıb. Hazırda yalnız "Şimal axını-2"nin bir xətti zədəsiz qalıb və nəzəri cəhətdən işə salına bilər.