Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
29 sentyabr 2026, 21:45 · Mənbə: Report.az

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib.
"Report" xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayəndə heyətinin də iştirakını böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd edib.
Fotoqalereya
1 / 4Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
O, birgə tərəfdaşlığın simvolu kimi ərsəyə gələn "Mədəniyyətlər körpüsü" ("Pontes Culturae") kitabı barədə danışaraq deyib ki, bu əməkdaşlığın təməli Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva və kardinal Canfranko Ravazi tərəfindən qoyulub. Bu dostluq münasibətlərinin gələcəkdə də davam edəcəyinə ümidvarlığını bildirən Raffaella Culiani Birinci vitse-prezident Mehriban Əliyevanın işlərlə həmişə yaxından maraqlandığını xatırladıb.
Görüşdə katakombaların bərpası və digər yeni restavrasiya layihələri üzərində işin davam etdirilməsi imkanlarına toxunulub. Bu proseslərə gələcəkdə daha çox tələbənin və mütəxəssisin cəlb olunmasının nəzərdə tutulduğu, eyni zamanda, Azərbaycanda yerləşən müxtəlif kilsələrdə peşəkar mütəxəssislərin çalışmasının arzuedilən olduğu bildirilib.
Müsəlman ölkəsi olan Azərbaycanın xristian irsinin bərpasındakı rolu yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu əməkdaşlıq və xüsusilə katakombaların bərpası sahəsində birgə fəaliyyət bütün dünya üçün mühüm mesajdır. Bu addım tolerantlığın, sülhün və mədəniyyətlərarası dialoqun bariz nümunəsidir.
Oxşar xəbərlər

Siyasət
İspaniya Ali Məhkəməsi Puigdemontun həbs qərarını ləğv edib
Deutsche Welle · 6 oktyabr 2026, 18:18

Siyasət
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
Report.az · 6 oktyabr 2026, 18:17

Siyasət
Cornell Universitetində qrup zorlaması işi üzrə xüsusi prokuror tənqid olunur
BBC News · 6 oktyabr 2026, 18:19

Siyasət
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
Report.az · 6 oktyabr 2026, 17:45