Roma Papası ağciyərindən əməliyyat olunacaq
11 oktyabr 2026, 16:17 · Mənbə: Report.az

Roma Papası XIV Leo tibbi müayinə zamanı aşkar edilmiş ağciyərindəki kiçik törəmənin çıxarılması üçün cərrahi əməliyyat keçirəcək.
Yeniliklərdən dərhal xəbərdar olun!
Roma Papası XIV Leo tibbi müayinə zamanı aşkar edilmiş ağciyərindəki kiçik törəmənin çıxarılması üçün cərrahi əməliyyat keçirəcək.
"Report"un "Associated Press" agentliyinə istinadən məlumatına görə, 71 yaşlı pontifik bu barədə Vatikanda Müqəddəs Pyotr meydanında keçirilən bazar günü duası zamanı bildirib.
"Həkimlər müayinələr zamanı ağciyərimdə kiçik düyün aşkar etdilər. O, çox erkən mərhələdə müəyyən edilib və dəqiq lokalizasiyaya malikdir. Həkimlər cərrahi müdaxiləni məqsədəuyğun hesab edirlər. Onların tövsiyələrinə əməl edərək, həmin törəmənin çıxarılması üçün əməliyyat olunmağa qərar verdim", - XIV Leo bildirib.
Əməliyyatın yaxın günlərdə keçirilməsi planlaşdırılır. Gözlənilən cərrahi müdaxilə ilə bağlı digər təfərrüatlar hələ açıqlanmayıb.
Oxşar xəbərlər

Dünya
Emmanuel Makron mitinqlərdə zorakılığı heç nəyin əsaslandırmadığını deyib
France 24 · 18 oktyabr 2026, 22:47
Dünya
Madueke son dəqiqə qolu ilə Arsenalı Nottingham Forest üzərində çətin qələbəyə aparıb
Anadolu Agency · 18 oktyabr 2026, 22:47


Dünya
Peter Madar Fransadakı kütləvi etirazları sərt miqrasiya siyasətini müdafiə edərək tənqid etdi
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 22:48