Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək
5 noyabr 2026, 22:17 · Mənbə: Report.az

Rusiya Prezidenti Vladimir Putin ABŞ-İran münaqişəsinin yekunlaşması üçünn hər cür kömək etməyə hazırdır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Prezidenti Vladimir Putin ABŞ-İran münaqişəsinin yekunlaşması üçünn hər cür kömək etməyə hazırdır.
"Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə Rusiyada səfərdə olan və Putinlə görüşən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai aparılan müzakirələrin yekunlarına dair jurnalistlərə bildirib.
"Cənab Putin dedi ki, müharibəni bitirmək üçün hər cür kömək edəcək", - o bildirib və əlavə edib ki, Rusiya lideri İranın nüvə obyektlərinin bombardman edilməsini qınayıb.
Söhbət zamanı İrana qarşı müharibə qəddar akt adlandırılıb.
Bundan başqa, təbii qaz tədarükü ilə bağlı məsələlər müzakirə edilib: "Putinlə görüşdə Rusiyadan İrana qaz borularının inşası barədə müzakirə aparılıb. Məqsəd həm İranın qaz çatışmazlıqlarını aradan qaldırması, həm də Rusiya qazının ətraf ölkələrə satışıdır".
Oxşar xəbərlər

Dünya
Millətlər Liqası: İtaliya Fransanı məğlub edib, Türkiyə qələbəni əldən verib
Report.az · 13 noyabr 2026, 01:47



Dünya
Avropa Siyasi Birliyinin növbəti sammiti 2027-ci ilin aprelində keçiriləcək
Report.az · 13 noyabr 2026, 00:17