Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib
24 noyabr 2026, 05:47 · Mənbə: Report.az

ABŞ Prezidenti Donald Tramp federal məhkəmələr tərəfindən çıxarılmış ölüm hökmlərinin icrasının sürətləndirilməsi barədə göstəriş verib.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp federal məhkəmələr tərəfindən çıxarılmış ölüm hökmlərinin icrasının sürətləndirilməsi barədə göstəriş verib.
"Report" xəbər verir ki, Tramp bu barədə ölkənin Ədliyyə Nazirliyindəki çıxışı zamanı bildirib.
"Mənim əmrimə əsasən, baş prokuror federal səviyyədə çıxarılmış ölüm hökmlərinin icrasını sürətləndirməlidir, - Tramp deyib. - Andlı iclasçılar belə bir qərar qəbul etdikdən sonra ölüm cəzasının icrası sürətli və qaçılmaz olacaq".
O əlavə edib ki, ABŞ Ədliyyə Nazirliyi etkinlik yaşına çatmayanların öldürülməsində və ya zorlanmasında təqsirli bilinən şəxslərə, eləcə də öz qurbanlarını öldürən insan alverçilərinə qarşı ölüm cəzasına nail olmalıdır.
Oxşar xəbərlər



Dünya
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
Report.az · 24 noyabr 2026, 04:17
