TopXəbər

REM uykusu xroniki xəstəlik riskini azaldır

28 sentyabr 2026, 18:20 · Mənbə: Hürriyet

REM uykusu xroniki xəstəlik riskini azaldır

Çinin Başkent Tibb Universitetinin apardığı araşdırma REM uykusunun xroniki xəstəliklərə qarşı qoruyucu təsirini ortaya qoyub.

Hürriyet yazır ki, Çin və Böyük Britaniya alimləri birgə araşdırmada 96 min nəfərin yuxu məlumatlarını analiz edib.

Bir həftəlik REM, dərin və yüngül yuxu mərhələləri süni intellekt alqoritmləri ilə öyrənilib, iştirakçıların sağlamlığı 9 il ərzində izlənib və nəticələr əldə edilib.

Hər 47 dəqiqə əlavə REM yuxusu 83 xroniki xəstəliyə, o cümlədən Parkinson xəstəliyi riskini 80 faiz, demansı 46 faiz, ürək çatışmazlığını isə 26 faiz azaldır.

Dərin yuxunun da tip 2 diabet və böyük depressiv pozğunluq riskini azaltdığı, ancaq tez-tez oyanmaların və nizamsız yuxu dövrlərinin narahatlıq pozğunluğu riskini artırdığı bildirilib.

Ekspertlər gündə 6-8 saat yuxunun optimal olduğunu vurğulayıblar. 5 saatdan az yatanlarda 37 xəstəliyə tutulma riski yüksəlir, buna görə müntəzəm yuxu mühafizə tədbiri kimi tövsiyə edilir.