Azərbaycan mebel idxalına çəkdiyi xərci 22 %-dən çox azaldıb
21 oktyabr 2026, 20:18 · Mənbə: Report.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 87 milyon 852,27 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 87 milyon 852,27 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin 9 ayı ilə müqayisədə 25 milyon 070,12 min ABŞ dolları və yaxud 22,2 % azdır.
Ötən dövr ərzində mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,66 %-ni təşkil edib.
Xatırladaq ki, 9 ayda Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb.
Oxşar xəbərlər

Biznes
Aytən Axundova: "Nəqliyyat qanunvericiliyində sığorta mexanizmi təkmilləşdirilməlidir"
Report.az · 21 oktyabr 2026, 11:17



Biznes
Azərbaycanda kassa çekləri üzrə risklər süni intellektlə müəyyən ediləcək
Report.az · 20 oktyabr 2026, 13:17