TopXəbər

"Real" Tibo Kurtua ilə müqaviləni uzadır

12 oktyabr 2026, 22:17 · Mənbə: Report.az

"Real" Tibo Kurtua ilə müqaviləni uzadır

İspaniyanın"Real" (Madrid) klubu qapıçısı Tibo Kurtua ilə müqavilənin müddətinin uzadılması barədə razılığa gəlib.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

İspaniyanın"Real" (Madrid) klubu qapıçısı Tibo Kurtua ilə müqavilənin müddətinin uzadılması barədə razılığa gəlib.

"Report" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Yeni müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq. 34 yaşlı belçikalı qolkiperin hazırkı sözləşməsi isə 2027-ci ilin yayında başa çatır.

Kurtua 2018-ci ilin yayından "Real"ın formasını geyinir. O, Madrid klubu ilə birlikdə ümumilikdə 14 titul qazanıb. Qapıçı bu müddət ərzində iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, Kurtua 2026/2027 mövsümündə bütün turnirlərdə səkkiz oyunda iştirak edib və qapısından 9 qol buraxıb.