Raytheon Pentaqondan SM-6 raketlərinin tədarükünə dair 24,4 milyard dollarlıq müqavilə alıb
2 oktyabr 2026, 05:44 · Mənbə: Report.az

Pentaqon ABŞ-nin Raytheon şirkəti ilə ABŞ Hərbi Dəniz Qüvvələri üçün SM-6 raketlərinin istehsalı və tədarükünə dair 24,4 milyard dollar məbləğində müqavilə imzalayıb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Pentaqon ABŞ-nin Raytheon şirkəti ilə ABŞ Hərbi Dəniz Qüvvələri üçün SM-6 raketlərinin istehsalı və tədarükünə dair 24,4 milyard dollar məbləğində müqavilə imzalayıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Beş il müddətinə nəzərdə tutulan müqavilənin daha iki il uzadılması imkanı var. Saziş ABŞ Hərbi Dəniz Qüvvələri üçün SM-6 raketlərinin fasiləsiz tədarükünü təmin etməyi nəzərdə tutur.
Pentaqon qeyd edib ki, müqavilə döyüş sursatı ehtiyatlarının azalması fonunda raketlərin istehsalını sürətləndirməyə imkan verəcək. Nazirlik SM-6 raketlərini hava və dəniz əməliyyatlarının aparılması üçün kritik əhəmiyyətli hesab edir.
Oxşar xəbərlər


Dünya
Rusiya qüvvələri yenidən Rovnuya hücum edib, yanğınlar başlayıb
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 10:47

Dünya
İndoneziyada aylardır baş verən meşə yanğınları Cənheast Asiyanı zəhərli tüstü ilə örtür
France 24 · 18 oktyabr 2026, 10:47
