Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
25 oktyabr 2026, 00:17 · Mənbə: Report.az

Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür.
"Report" xatırladır ki, müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.
Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5 min 867 hərbi qulluqçu "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.
Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub. Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə bir şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir.
Oxşar xəbərlər


Siyasət
Xaçmazda bir hektardan artıq ərazini əhatə edən park yenidən qurulur
Report.az · 24 oktyabr 2026, 12:46

Siyasət
Rusiya BMT-nin yeni baş katibinin seçilməsi ilə Qərbin təsirindən qurtulacağına ümid edir
TASS · 24 oktyabr 2026, 10:47

Siyasət
Vivek Ramaswamy Amy Actonun əleyhinə reklamla uğursuzluq yaşayıb
Al Jazeera · 24 oktyabr 2026, 10:47