TəciliUkrayna "Tolyattikauçuk" və raket və təyyarə komponentləri istehsal edən müəssisəyə zərbə endirdi

TopXəbər

Xaçmazda bir hektardan artıq ərazini əhatə edən park yenidən qurulur

24 oktyabr 2026, 12:46 · Mənbə: Report.az

Xaçmazda bir hektardan artıq ərazini əhatə edən park yenidən qurulur

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində yerləşən park əsaslı şəkildə yenidən qurulur.

Yeniliklərdən dərhal xəbərdar olun!

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində yerləşən park əsaslı şəkildə yenidən qurulur.

"Report" xəbər verir ki, bir hektardan artıq ərazini əhatə edən parkda genişmiqyaslı yenidənqurma işləri aparılır.

Fotoqalereya

1 / 4

Xaçmazda bir hektardan artıq ərazini əhatə edən park yenidən qurulur

Layihəyə əsasən, 6000 kvadratmetrdən çox ərazidə yeni yaşıllıq zolaqları salınacaq, müxtəlif növ ağaclar və dekorativ gül kolları əkiləcək. Sakinlərin rahat gəzintisi və istirahəti üçün parkın piyada yollarının 5000 kvadratmetrdən çox hissəsinə tamet plitələri döşənəcək, ərazidə müasir tipli oturacaqlar quraşdırılacaq. Həmçinin mövcud fəvvarələr müasir memarlıq üslubunda yenidən qurulur və ərazidə işıqlandırma sistemi tamamilə yenilənir.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev parkda aparılan əsaslı yenidənqurma işləri ilə yaxından tanış olub. İcra başçısı işlərin müəyyən edilmiş müddətdə və yüksək keyfiyyətlə yekunlaşdırılması üçün məsul şəxslərə müvafiq tapşırıqlar verib.

Yenidənqurma işləri başa çatdıqdan sonra park sakinlərin və şəhərin qonaqlarının rahat istirahəti üçün müasir və abad məkana çevriləcək.