Bakıda Zeytun Festivalının rəsmi açılışı olub
24 oktyabr 2026, 21:17 · Mənbə: Report.az

Bakıda, Dənizkənarı Milli Parkın ərazisində keçirilən Zeytun Festivalının oktyabrın 24-də rəsmi açılışı olub.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda, Dənizkənarı Milli Parkın ərazisində keçirilən Zeytun Festivalının oktyabrın 24-də rəsmi açılışı olub.

"Report" xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Xanlar Ağalarov festivalda pavilyonlarla tanış olublar.
Pavilyonlarda müxtəlif istehsalçıların zeytun və zeytun məhsulları təqdim edilir.
Festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.
Oktyabrın 25-də də davam edəcək festivalda gün ərzində müxtəlif əyləncə proqramları, estrada ulduzlarının konsertləri də təşkil olunur.
Oxşar xəbərlər

Siyasət
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Report.az · 15 noyabr 2026, 22:17

Siyasət
Günay Ağamalı: Prezident İlham Əliyevin Dublin sammitində iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir
Report.az · 15 noyabr 2026, 16:17

Siyasət
Azərbaycan NATO-nun mənzil-qərargahında keçirilən xeyriyyə tədbirində təmsil olunub
Report.az · 15 noyabr 2026, 15:47
