TopXəbər

Qlobal ət böhranı yaxınlaşır, qiymətlər kəskin qalxır

28 sentyabr 2026, 18:55 · Mənbə: Al Jazeera

Qlobal ət böhranı yaxınlaşır, qiymətlər kəskin qalxır

Dünya əsas ət istehsalçılarında heyvan sayı azalır və qiymətlər artır. Bu tendensiya ət istehsalını çətinləşdirir və müştərilərin bazarda seçimlərinə təsir edir.

Al Jazeera yazır ki, dünya əhalisinin 90 faizindən çoxu ət yeyir və yaxın gələcəkdə qlobal ət böhranı yarana bilər. Ət istehsalının mürəkkəb zəncirində iri buğalar uzun illər yetişdirilir, quşların qidası əsasən qlobal taxıl və soya bazarlarına bağlıdır, fermerlər isə heyvanların sağ qalması və məhsuldarlığı üçün torpaq, su və hava şəraitinə ehtiyac duyur.

Braziliya, ABŞ və Çin dünya ət istehsalının yarısından çoxunu təmin edir, ancaq bu ölkələrdə heyvan sayı azalır. ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) məlumatına görə, Braziliyada 2026-cı ilin heyvan sayı 177,4 milyon olub, bu 2024 ilə müqayisədə 8 faiz azalma deməkdir. ABŞ-da isə yanvarın birinci tarixinə 86,2 milyon heyvan qeydə alınıb ki, bu da tarixdə ən aşağı səviyyədir. Çin 2026-cı ildə 94 milyon heyvan sayı bildirir ki, bu da 2024-ə nisbətən 14 faiz azalma deməkdir.

Heyvan sayının azalmasına müxtəlif amillər təsir göstərir. Braziliyada Çin və Avropa İttifaqının idxal qadağaları ətin ixracını azaldıb, bu da heyvan sayının azalmasına səbəb olub. ABŞ-da isə quraqlıq ölkə ərazisinin 60 faizinə təsir göstərərək yem sahələrinin azalmasına və xərclərin artmasına gətirib çıxarıb. Həmçinin, ABŞ-da İmmiqrasiya və Gömrük Nəzarətinin əməliyyatları ət sənayesində işçi çatışmazlığını dərinləşdirib.

Qeyd edilir ki, ətin qiymətinin artması avtomatik olaraq istehsalın sürətlə artması demək deyil. Purdue Universitetindən Kennet Foster bildirib ki, heyvan yetişdirmək illər alır və fermerlər gələcək üçün bəzən heyvanları satmamaq və sürünü bərpa etmək barədə düşünürlər. Bu isə bazarda tələbin yüksək və təklifin məhdud qalmasına səbəb olur. ABŞ-da sürünün bərpası gözlənilir, amma bu proses yavaşdır.

Avropada isə fərqli tendensiya müşahidə edilir. 2025-ci ildə Avropa İttifaqı təxminən 42,7 milyon ton ət istehsal edib, lakin 2025-2035-ci illərdə ümumi ət istehsalının azalacağı proqnozlaşdırılır. Xüsusilə, mal ətinin və donuz ətinin istehsalı azalacaq, quş ətinin istehsalı isə 5 faiz artacaq. Quş ətinin daha qısa vaxtda bazara çıxdığı üçün istehsal daha çevikdir və ucuz olduğu üçün bazarda üstünlük qazanır.

Hindistanda isə quş ətinin istehsalı soya yeminin qiymətinin 40 faizdən çox artması səbəbindən 25 faiz azaldılır. Bu səbəbdən quş ətinin istehsalçıları gələcək nəsillər üçün reproduktiv quşları kəsir və istehsal həcmini azaldır. Belə qida qiymətlərində artım və idxal dəyişiklikləri qlobal ət təchizatı zəncirinə təsir göstərir.