Qırğızıstan ilk dəfə öz milli peykini kosmosa göndərib
2 oktyabr 2026, 08:15 · Mənbə: Report.az

Qırğızıstan ilk dəfə öz milli peykini kosmosa göndərib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Qırğızıstan ilk dəfə öz milli peykini kosmosa göndərib.
"Report" Qırğızıstan Prezidentinin Administrasiyasına istinadən xəbər verir ki, buraxılış oktyabrın 1-də ABŞ-nin Kaliforniya ştatındakı Vandenberq bazasından SpaceX şirkətinə məxsus Falcon 9 daşıyıcı raketi ilə həyata keçirilib.
Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ-ya işgüzar səfəri çərçivəsində buraxılış mərasimində iştirak edib. Peyk digər kosmik aparatlarla birlikdə orbitə çıxarılıb. Onun idarə edilməsi Bişkekdəki mərkəzdən həyata keçiriləcək.
Peyk kənd təsərrüfatı torpaqlarının, buzlaqların, su obyektlərinin, meşələrin və otlaqların monitorinqi, həmçinin təbii ekosistemlərdə baş verən dəyişikliklərin izlənilməsi üçün nəzərdə tutulub. Onun məlumatlarından yeraltı sərvətlərdən qanunsuz istifadə, icazəsiz tullantı poliqonları və digər çirklənmə mənbələrinin müəyyənləşdirilməsi üçün istifadə olunması planlaşdırılır.
Bundan əlavə, peyk məlumatları quraqlıq, daşqın, torpaq sürüşməsi, sel və meşə yanğınları da daxil olmaqla təbii risklərin monitorinqində tətbiq ediləcək. Prezident Administrasiyasının qeyd etdiyi kimi, bu, potensial təhlükələrin daha operativ müəyyənləşdirilməsinə və mümkün zərərin azaldılması üçün tədbirlərin görülməsinə imkan verəcək.
Oxşar xəbərlər


Dünya
"Kür"ün baş məşqçisi Fuad Yanqildin: "Komanda ikinci oyunda daha inamlı idi"
Report.az · 11 oktyabr 2026, 19:17
Dünya
Yəmən hökuməti Hutiləri terrorçu təşkilat kimi tanıyan qanun layihəsini təsdiqləyib
Anadolu Agency · 11 oktyabr 2026, 19:17

Dünya
Vladimir Zelenski energetik atəşkəsdən xəbərsizdi, amma razılaşmağa hazırdı
Ukrainskaya Pravda · 11 oktyabr 2026, 19:17