Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin 2028-ci ilədək uzadılması təşəbbüsünü dəstəkləyir
15 oktyabr 2026, 13:17 · Mənbə: Report.az

Qırğızıstan Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin 2028-ci ilədək uzadılması təşəbbüsünü dəstəkləyir.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qırğızıstan Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin 2028-ci ilədək uzadılması təşəbbüsünü dəstəkləyir.
"Report" xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda keçirilən AQEM-in VII sammitində bildirib.
"Azərbaycan tərəfinin sədrliyi 2028-ci ilədək davam etdirmək təşəbbüsünü alqışlamaq istərdim. Bu, Müşavirənin fəaliyyətində ardıcıllığın qorunmasına və qarşılıqlı etimadın gücləndirilməsinə imkan verəcək", – o deyib.
Japarov əlavə edib ki, Qırğızıstan Respublikası AQEM-in ümumi fəaliyyətinə lazımi dəstəyi göstərməyə və öz töhfəsini verməyə hazırdır.
Oxşar xəbərlər



Siyasət
Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı müddəa yer alıb
Report.az · 19 oktyabr 2026, 14:47
