Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
29 sentyabr 2026, 23:16 · Mənbə: Report.az

Qazaxıstanla Almaniya enerji təhlükəsizliyi sahəsində, o cümlədən Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq etməyi planlaşdırır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstanla Almaniya enerji təhlükəsizliyi sahəsində, o cümlədən Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Berlinə rəsmi səfərinin yekunlarına dair onun və almaniyalı həmkarı Frank-Valter Ştaynmayer tərəfindən qəbul edilən bəyannamədə bildirilib.
"Prezidentlər enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji daşıyıcılarının, o cümlədən neft və qazın Avropaya tədarükü mənbələrinin və marşrutlarının şaxələndirilməsi məqsədilə sıx əməkdaşlığı alqışlayırlar.
Tərəflər enerji təchizatının etibarlılığının artırılması, enerji dəhlizlərinin inkişaf etdirilməsi, sənayenin dekarbonizasiyası, bərpa olunan enerji mənbələrindən və yaşıl hidrogendən istifadənin genişləndirilməsi məqsədilə Qazaxıstan-Almaniya Enerji Dialoqu çərçivəsində və Astanadakı H2-Diplo ofisi vasitəsilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər", - sənəddə vurğulanıb.
Qeyd olunub ki, Astana və Berlin Mərkəzi Asiya ölkələri ilə Almaniyanın C5+1 formatında əməkdaşlığını da alqışlayıb və yaxın perspektivdə yeni sammit gözləyir.
Oxşar xəbərlər



Dünya
Marko Rubio Trampın Rusiyaya qarşı sanksiyalardan imtina etməsini izah edib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 11:17

Dünya
Nəsilti qadın Kraliça Viktoriya üçün hədiyyə edilən barədə bioqrafiyanı qarşılayır
The Guardian · 18 oktyabr 2026, 11:17