Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib
14 oktyabr 2026, 19:18 · Mənbə: Report.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib.
"Report" xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırdı və qeyd etdi ki, Kral Azərbaycanla münasibətlərə böyük önəm verir.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Bəhreyn Kralına çatdırmağı xahiş etdi.
Fotoqalereya
1 / 4Dövlətimizin başçısı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin və yüksəksəviyyəli tərəfdaşlığın olduğunu dedi.
Prezident İlham Əliyev Bəhreyn Krallığının xarici işlər nazirinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərini müzakirə etmək üçün də yaxşı imkan yaratdığını vurğuladı.
Qonaq ölkəmizin AQEM-ə sədrliyinin uzadılması ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırdı, Azərbaycanın bu təşkilata yüksək səviyyədə sədrlik etdiyini dedi.
Görüşdə Azərbaycanla Bəhreyn arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı.
Oxşar xəbərlər

Siyasət
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Report.az · 19 oktyabr 2026, 23:47

Siyasət
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Report.az · 19 oktyabr 2026, 22:47

Siyasət
Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib
Report.az · 19 oktyabr 2026, 22:47

Siyasət
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
Report.az · 19 oktyabr 2026, 22:17