Premyer Liqada VII tura "Şəfa" - "Turan Tovuz" oyunu ilə yekun vurulub
11 oktyabr 2026, 20:49 · Mənbə: Report.az

Misli Premyer Liqasında VII turun son oyununda "Turan Tovuz" səfərdə "Şəfa" ilə qarşılaşıb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasında VII turun son oyununda "Turan Tovuz" səfərdə "Şəfa" ilə qarşılaşıb.
"Report" xəbər verir ki, "SOCAR Polymer Arena"da baş tutan qarşılaşma Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolu 45+2-ci dəqiqədə Dioqo Balau vurub.
"Turan Tovuz" 14 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 3 xalı olan "Şəfa" isə onbirincidir.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0), "Sumqayıt" "Qəbələ"ni (4:1), "Qarabağ" "İmişli"ni (2:0) məğlub edib. "Neftçi" - "Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. "Zirə" - "Şamaxı" duelində isə tərəflər hərəyə bir dəfə fərqləniblər.
Oxşar xəbərlər



İdman
İngiltərə Premyer Liqasında son doqquz ildə ən uzun məsafədən qol vurulub
Report.az · 19 oktyabr 2026, 00:47

İdman
Madueke vurub Arsenal zəif oyunla Nottingham Foresti məğlub edib
Al Jazeera · 18 oktyabr 2026, 22:17