TopXəbər

Polşa Prezidenti neft şirkətlərinin əlavə mənfəətinə vergi tətbiqini təsdiqləyib

2 oktyabr 2026, 06:14 · Mənbə: Report.az

Polşa Prezidenti neft şirkətlərinin əlavə mənfəətinə vergi tətbiqini təsdiqləyib

Polşa Prezidenti Karol Navrotski ikinci cəhddən sonra neft şirkətlərinin əlavə mənfəətinə vergi tətbiqini nəzərdə tutan qanunu təsdiqləyib.

Yeniliklərdən dərhal xəbərdar olun!

Polşa Prezidenti Karol Navrotski ikinci cəhddən sonra neft şirkətlərinin əlavə mənfəətinə vergi tətbiqini nəzərdə tutan qanunu təsdiqləyib.

"Report" xəbər verir ki, Navrotski bunu prezident administrasiyasının "X" sosial şəbəkə hesabında yayımlanan videomüraciətində bildirib.

"Mən neft şirkətlərinin əlavə mənfəətinə aid qanunu imzaladım", – deyə o bildirib.

Prezident həmçinin hökumətdən yanacağın qiymətlərinin bir və ya iki həftə sonra deyil, dərhal aşağı salınması üçün tədbirlər görməyi tələb edib.

Navrotski iyul ayında qanunun əvvəlki variantını imzalamaqdan imtina edərək onu Konstitusiya Məhkəməsinin baxışına göndərmişdi.

Sentyabrın əvvəlində Polşanın energetika naziri Miloş Motıka bildirib ki, ölkə hakimiyyəti yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının qiymətlərinin məhdudlaşdırılması proqramını artıq maliyyələşdirə bilmir. Onun sözlərinə görə, neft şirkətlərinin əlavə mənfəətinə vergi tətbiq edilməsi bu proqramın davam etdirilməsi üçün vəsait cəlb etməyə imkan verəcək.

Dünya

Abhijeet Dipke azad olunub

Deutsche Welle · 18 oktyabr 2026, 10:47