TəciliZelenski ABŞ-la münasibətlərin pozulmasını şərh edir

TopXəbər

Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir

24 oktyabr 2026, 06:16 · Mənbə: Report.az

Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir

Polşa NATO çərçivəsində Amerikanın nüvə silahından birgə istifadə proqramına qoşulmağa çalışır və eyni zamanda bu sahədə əməkdaşlıq barədə Fransa ilə danışıqlar aparır.

Yeniliklərdən dərhal xəbərdar olun!

Polşa NATO çərçivəsində Amerikanın nüvə silahından birgə istifadə proqramına qoşulmağa çalışır və eyni zamanda bu sahədə əməkdaşlıq barədə Fransa ilə danışıqlar aparır.

"Report"un Polşanın "WNP.pl portalına istinadən məlumatına görə, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

Nazirin sözlərinə görə, Varşavanın "Nuclear Sharing" proqramında iştirakı Polşa ərazisində Amerikanın hərbi bazasının yaradılması üzrə Vaşinqtonla əməkdaşlıq çərçivəsində müzakirə oluna bilər.

Bununla yanaşı, Kosinyak-Kamış avropalı müttəfiqlərlə ilkin məsləhətləşmələrin zəruriliyini vurğulayaraq qərarların qəbul edilməsinin mümkün müddətlərini açıqlamayıb.

Polşanın müdafiə idarəsinin rəhbəri bildirib ki, Varşava nüvə çəkindirməsi sahəsində Parislə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir.

"Amerikanın nüvə əməkdaşlığı proqramında iştirak Fransa ilə münasibətlərin qurulmasını istisna etmir", - o vurğulayıb.

Nazir əlavə edib ki, Fransa avropalı tərəfdaşlarına öz nüvə çəkindirməsi sistemində daha geniş iştirak təklif edir.

Dünya

Zelenski ABŞ-la münasibətlərin pozulmasını şərh edir

Kyiv İndependent · 24 oktyabr 2026, 06:47