İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
24 oktyabr 2026, 06:16 · Mənbə: Report.az

İran Quru Qoşunlarının komandanı Əli Cahanşahi quru qoşunlarını ən yüksək döyüş hazırlığı səviyyəsini qorumağa çağırıb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İran Quru Qoşunlarının komandanı Əli Cahanşahi quru qoşunlarını ən yüksək döyüş hazırlığı səviyyəsini qorumağa çağırıb.
"Report" bu barədə IRIB-yə istinadən xəbər verir.
Komandan xəbərdarlıq edib ki, müharibə şəraitində hər hansı bir səhlənkarlıq "baha başa gələ" bilər.
Bir gün əvvəl İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əli Abdullahi bildirib ki, ABŞ İrana yenidən hücum edəcəyi təqdirdə İran qoşunları güclü cavab verməyə hazırdır.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai həmçinin xəbərdarlıq edib ki, genişmiqyaslı hərbi əməliyyatların bərpa olunacağı təqdirdə, Tehran Fars körfəzi bölgəsindəki neft obyektlərinə və sualtı kabellərə zərbələr endirəcək.
Oxşar xəbərlər

Dünya
Hitlerin Şahinin Yuvası istirahət yeri yanıb, polis açıqlayıb
Deutsche Welle · 24 oktyabr 2026, 06:47


Dünya
Tayfun Champi Tayvanda bir nəfəri öldürüb, 500-dən çoxunu yaralayıb
The Guardian · 24 oktyabr 2026, 06:47

Dünya
Sentyabr və noyabrda kələmi duzlamaq üçün ən münasib günləri göstərirlər
News.ru · 24 oktyabr 2026, 06:47