Pentaqon kosmosu döyüş əməliyyatları məkanı hesab edir
10 noyabr 2026, 01:17 · Mənbə: Report.az

ABŞ kosmik məkanı hərbi əməliyyatların aparıldığı sahələrdən biri kimi nəzərdən keçirir və burada silahlı qüvvələrinin üstünlüyünü təmin etməyi zəruri sayır.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ kosmik məkanı hərbi əməliyyatların aparıldığı sahələrdən biri kimi nəzərdən keçirir və burada silahlı qüvvələrinin üstünlüyünü təmin etməyi zəruri sayır.
"Report" xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Rod-Aylend ştatının Nyuport şəhərindəki Hərbi Dənizçilik Kollecində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, döyüş əməliyyatları məkanı sürətlə genişlənir və quru, sualtı məkan, kosmos, kiberməkan və koqnitiv sahədə birgə əməliyyatları əhatə edir.
Heqset qeyd edib ki, bu sahələrdə mübahisəsiz üstünlüyün təmin edilməsi zəruridir və dünya görünməmiş tərəqqi və dəyişikliklər dövrünü yaşayır.
Qeyd edək ki, BMT Baş Assambleyası 2025-ci ilin dekabrında kosmik məkanda silahlanma yarışının qarşısının alınmasına dair qətnamə qəbul edib. Sənəddə dövlətlər kosmosda silah yerləşdirilməsinin və güc tətbiqinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırılıb.
Oxşar xəbərlər

Dünya
Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
Report.az · 23 noyabr 2026, 10:47

Dünya
Tatarıstanda neft obyektləri Ukrayna dronlarının hücumuna məruz qalıb
Report.az · 23 noyabr 2026, 09:47

Dünya
Valeri Çeçelaşvili: Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
Report.az · 23 noyabr 2026, 08:47

Dünya
Meksikada narkokartellər mikromaliyyə təşkilatlarına nəzarəti ələ keçirir
Report.az · 23 noyabr 2026, 08:17