TopXəbər

Payızda saç tökülməsinin artmasının səbəbləri açıqlanıb

28 sentyabr 2026, 22:48 · Mənbə: Elle

Payızda saç tökülməsinin artmasının səbəbləri açıqlanıb

Payızda saç tökülməsinin artması təbiidir və mütəxəssislər bunun səbəblərini açıqlayır.

Elle yazır ki, payızda saç tökülməsi yaydan sonra bədəndə saç follikullarının xarakterik dövründən irəli gəlir. Mütəxəssislər bildirir ki, saçın böyümə, istirahət və tökülmə fazaları var və ilin bu dövründə daha çox saç follikulu tökülmə mərhələsinə keçir.

Dr. Robin Smith payızda saç tökülməsinin normal olduğunu, amma əhəmiyyətli və uzun müddət davam edən saç itkisində dermatoloqa müraciət etməyin vacib olduğunu vurğulayır. Bu, müalicə üçün tökülmənin müvəqqəti yoxsa davamlı olduğunu müəyyənləşdirmək baxımından önəmlidir.

Dr. Sachin Parikh isə saç liflərinin təbii olaraq böyümə və istirahət dövrləri arasında dəyişdiyini, payızda bir çox follikulun istirahət fazasına daxil olduğu üçün saç tökülməsinin artdığını bildirir. O, tökülmə və qalıcı saç itkisinin fərqli anlayışlar olduğunu izah edir.

Mütəxəssislər həmçinin saç toxumasının növünün tökülmənin görsənməsinə təsir etdiyini deyir. Nazik və az sıxlıqlı saçlarda payızda tökülmə daha çox nəzərə çarpır, amma davamlı sıxlıq azalması saç itkisindən xəbər verə bilər.

Dr. Smith saç sağlamlığının qorunması üçün yaxşı qidalanma, stressin idarəsi, saçların çox dartılmaması və üzdənmədən qorunmanın vacib olduğunu bildirir. Payız tökülməsi müvəqqəti olduğundan saçların öz təbii dövrünü davam etdirməsinə imkan vermək lazımdır. Əgər saç tökülməsi uzun müddət davam edərsə, mütəxəssislə məsləhətləşmək tövsiyə olunur.