Paşinyan: TRIPP Cənubi Qafqazın iqtisadi transformasiyasının təməl daşı olacaq
6 oktyabr 2026, 12:45 · Mənbə: Report.az

Tramp Marşrutu (TRIPP) Cənubi Qafqazda iqtisadi vəziyyətin transformasiyasında təməl daşı olacaq.
Yeniliklərdən dərhal xəbərdar olun!
Tramp Marşrutu (TRIPP) Cənubi Qafqazda iqtisadi vəziyyətin transformasiyasında təməl daşı olacaq.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "Ermənistan-Britaniya biznes-forumu 2026"da bildirib.
"Aydındır ki, Ermənistan və regionumuz Bakı ilə İrəvan arasında sülhün bərqərar olması və bundan irəli gələn hadisələrlə bağlı transformasiya mərhələsindədir. Hazırda biz nəinki Ermənistanda, həm də bütün regionda iqtisadi vəziyyətin dəyişməsində, sözsüz ki, təməl daşı olacaq TRIPP layihəsinin işə salınması üzərində hər gün işləyirik", - o qeyd edib.
N.Paşinyan həmçinin ümidvardır ki, yaxın gələcəkdə TRIPP layihəsinin inkişafı ilə paralel olaraq Ermənistan-Türkiyə sərhədi açılacaq, həmçinin ölkənin Azərbaycan və Türkiyə ilə dəmir yolu əlaqəsi bərpa olunacaq.
Oxşar xəbərlər

Dünya
Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib
Report.az · 19 oktyabr 2026, 20:17

Dünya
Sudanda avtovağzala PUA zərbəsi nəticəsində 80-ə yaxın insan ölüb
Report.az · 19 oktyabr 2026, 18:47

Dünya
Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
Report.az · 19 oktyabr 2026, 18:17

Dünya
Pedro Sançes: Tələbələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 45 milyon avro ayrılıb
Report.az · 19 oktyabr 2026, 16:17