Parisin təkcə bir regionunda etirazlar zamanı dəyən ziyan 8,5 milyon avroya çatıb
13 oktyabr 2026, 00:47 · Mənbə: Report.az

İl-de-Frans regionuna təhsil alan gənclərin etirazları nəticəsində təxminən 8,5 milyon avro məbləğində maddi ziyan dəyib.
Yeniliklərdən dərhal xəbərdar olun!
İl-de-Frans regionuna təhsil alan gənclərin etirazları nəticəsində təxminən 8,5 milyon avro məbləğində maddi ziyan dəyib.
"Report" xəbər verir ki, bu barədə bazar ertəsi BFMTV məlumat yayıb.
Telekanalın məlumatına görə, təkcə bazar ertəsi günü ziyan təqribən 400 min avro təşkil edib.
Həmin gün regionun təxminən 80 liseyində etiraz aksiyaları keçirilib. Ümumilikdə etiraz hərəkatı Fransanın 27 departamentini əhatə edib və 130 təhsil müəssisəsinin bağlanmasına səbəb olub.
Fransanın Milli Təhsil Nazirliyi bildirib ki, bazar ertəsi səhər baş verən iğtişaşlar zamanı təhsil sahəsinin səkkiz işçisi xəsarət alıb. Bundan əlavə, hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı etirazçılarla toqquşmalarda zərər çəkib.
Son məlumatlara görə, etirazlar başlayandan bəri Parisdə 273 nəfər, o cümlədən 188 yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.
Oxşar xəbərlər

Dünya
Braziliyada Flavio Bolsonarunun çirkli pulların yuyulmasında iştirakı araşdırılır
Report.az · 19 oktyabr 2026, 08:47


Dünya
Litva qiymətlər və miqrantlara görə sakinlərin xaricə kütləvi axını ilə üzləşib
Report.az · 19 oktyabr 2026, 07:47

Dünya
İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
Report.az · 19 oktyabr 2026, 07:17