Pakistanın bir əyalətində İmran Xanın tərəfdarlarının etirazları fonunda fövqəladə vəziyyət elan edilib
11 oktyabr 2026, 17:18 · Mənbə: Report.az

Pakistan hakimiyyəti müxalifətin keçmiş Baş nazir İmran Xanın azad olunmasını tələb edən etirazları fonunda Xayber-Paxtunxva əyalətində fövqəladə vəziyyət və qubernatorluq idarəsi elan edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Pakistan hakimiyyəti müxalifətin keçmiş Baş nazir İmran Xanın azad olunmasını tələb edən etirazları fonunda Xayber-Paxtunxva əyalətində fövqəladə vəziyyət və qubernatorluq idarəsi elan edib.
"Report"un "Dawn" qəzetinə istinadən məlumatına görə, bu barədə ölkənin Prezident Administrasiyası bildirib.
Qərar hökumətin Pakistan Konstitusiyasının 232 və 234-cü maddələrinə uyğun olaraq keçirilən təcili iclasın yekunlarına əsasən qəbul edilib.
Bu müddəalar federal hakimiyyət orqanlarına xarici təcavüz və ya daxili iğtişaşlar təhlükəsi yarandıqda bölgəni idarə etmək üçün əlavə səlahiyyətlər qazanmağa imkan verir. Fövqəladə vəziyyət həmçinin müəyyən vətəndaş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılmasına imkan verir.
İclasın yekunlarına əsasən Baş nazir Şahbaz Şərifdən Prezident Asif Əli Zərdarinin fövqəladə vəziyyət elan etmək üçün konstitusiya səlahiyyətlərindən istifadə olunmasını tövsiyə etməsi istənilib.
Xayber-Paxtunxva əyalətində müxalif "Ədalət uğrunda Hərəkatı" Partiyası hakimiyyətdədir və onun tərəfdarları İmran Xanın azad edilməsi tələbi ilə etiraz aksiyaları keçirirlər.
Oxşar xəbərlər

Dünya
Braziliyada Flavio Bolsonarunun çirkli pulların yuyulmasında iştirakı araşdırılır
Report.az · 19 oktyabr 2026, 08:47


Dünya
Litva qiymətlər və miqrantlara görə sakinlərin xaricə kütləvi axını ilə üzləşib
Report.az · 19 oktyabr 2026, 07:47

Dünya
İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
Report.az · 19 oktyabr 2026, 07:17