Nyu-York sakini yeddi il bədənindəki cərrahi iynə ilə yaşayıb
4 oktyabr 2026, 08:45 · Mənbə: Report.az

Nyu-Yorklu qadın bədənində təxminən yeddi ildir olduğunu iddia etdiyi cərrahi iynə aşkarlandıqdan sonra "Mount Sinai" xəstəxanasını məhkəməyə verib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Nyu-Yorklu qadın bədənində təxminən yeddi ildir olduğunu iddia etdiyi cərrahi iynə aşkarlandıqdan sonra "Mount Sinai" xəstəxanasını məhkəməyə verib.
"Report"un "New York Post"a istinadən məlumatına görə, Yana Petriqanova DeQreqoris iynəni əməliyyatlarından birində həkimlər tərəfindən ilişib qaldığını iddia edib.
Qadın bir neçə ildir, şiddətli ağrı ilə yaşayıb və həkimlər bunun səbəbini müəyyən edə bilmirdilər. Yad cisim 2025-ci ilin oktyabrında kompüter tomoqrafiyası zamanı aşkar edilib. Məlum olub ki, qarnında təxminən dörd santimetr uzunluğunda cərrahi iynə ilişib.
Onu çıxarmaq üçün başqa cərrahi əməliyyat tələb olunub.
DeQreqoris xəstəxanaya və əməliyyatı həyata keçirən cərrahlara qarşı səhlənkarlıq ittihamı irəli sürüb. O, dəymiş ziyana və əziyyətə görə kompensasiya tələb edir.
Oxşar xəbərlər

Dünya
Braziliyada Flavio Bolsonarunun çirkli pulların yuyulmasında iştirakı araşdırılır
Report.az · 19 oktyabr 2026, 08:47


Dünya
Litva qiymətlər və miqrantlara görə sakinlərin xaricə kütləvi axını ilə üzləşib
Report.az · 19 oktyabr 2026, 07:47

Dünya
İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
Report.az · 19 oktyabr 2026, 07:17