TopXəbər

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

28 sentyabr 2026, 23:15 · Mənbə: Report.az

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

Nigerin qərbində, "İslam Dövləti"nin regional qolu da daxil olmaqla cihadçı qrupların fəal olduğu Sahel bölgəsində iki hücum nəticəsində ölkənin təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Nigerin qərbində, "İslam Dövləti"nin regional qolu da daxil olmaqla cihadçı qrupların fəal olduğu Sahel bölgəsində iki hücum nəticəsində ölkənin təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters"ə iki təhlükəsizlik mənbəsi məlumat verib.

Mənbələrin bildirdiyinə görə, ötən həftənin çərşənbə günü Abala-Filinqe şəhəri yaxınlığında jandarmlardan ibarət konvoya pusqu qurulub. Şənbə günü isə Birni-Nkonni şəhərində baş verən ayrı-ayrı hücum nəticəsində 30-dan çox hərbçi öldürülüb.

Mənbələr hücumların terrorçular tərəfindən həyata keçirildiyini bildirib, lakin əlavə təfərrüat verməyiblər.