Niderland hərbi xidmətə çağırışı mərhələli şəkildə bərpa edəcək
11 noyabr 2026, 23:17 · Mənbə: Report.az

Niderlandın Müdafiə Nazirliyi beynəlxalq vəziyyət pisləşəcəyi təqdirdə orduya məcburi çağırışın tədricən bərpası imkanını nəzərdə tutan qanun layihəsi hazırlayır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Niderlandın Müdafiə Nazirliyi beynəlxalq vəziyyət pisləşəcəyi təqdirdə orduya məcburi çağırışın tədricən bərpası imkanını nəzərdə tutan qanun layihəsi hazırlayır.
"Report" xəbər verir ki, bu barədə qurumun dövlət katibi Derk Bosveyk NRC qəzetinə müsahibəsində bildirib.
"Təhlükə artarsa, məcburi çağırışı mərhələli şəkildə bərpa etmək imkanımız olmalıdır", - o deyib.
Onun sözlərinə görə, əvvəlcə gənclər xüsusi anketləri doldurmağa, daha sonra isə tanışlıq müsahibələrindən və tibbi komissiyalardan keçməyə məcbur edilə bilərlər. Sonuncu mərhələ həqiqi hərbi xidmətə çağırış olacaq. Ölkədə hərbi vəzifə həm kişilərə, həm də qadınlara şamil edilir, lakin faktiki çağırış hazırda dayandırılıb.
Böhran və ya silahlı münaqişə halında krallıq hakimiyyəti hərbi qulluqçuların, ehtiyatda olanların və Müdafiə Nazirliyinin mülki heyətinin sayını 200 min nəfərə çatdırmaq imkanı əldə etmək niyyətindədir. Hələlik isə üstünlük könüllü cəlbetməyə verilir.
Oxşar xəbərlər

Dünya
Valeri Çeçelaşvili: Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
Report.az · 23 noyabr 2026, 08:47

Dünya
Meksikada narkokartellər mikromaliyyə təşkilatlarına nəzarəti ələ keçirir
Report.az · 23 noyabr 2026, 08:17

