NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
29 sentyabr 2026, 00:16 · Mənbə: Report.az

Rusiyanın Avropadakı fəaliyyətinin məqsədlərindən biri Ukraynaya dəstəyi davam etdirməkdə müttəfiqlərin iradəsini zəiflətməkdir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Avropadakı fəaliyyətinin məqsədlərindən biri Ukraynaya dəstəyi davam etdirməkdə müttəfiqlərin iradəsini zəiflətməkdir.
"Report" xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviç deyib.
Qrinkeviç Avropa İttifaqı deputatlarına açıqlamasında bildirib ki, Avropa ölkələri Rusiyaya aid edilən təxribat və digər sabitliyi pozan fəaliyyətlərə qarşı daha açıq mövqe nümayiş etdirməlidir.
Onun sözlərinə görə, belə hücumların arxasında Rusiyanın dayandığına dair əminlik olduqda bunu ictimaiyyətə açıqlamaq həmin fəaliyyətlərin qarşısının alınmasına kömək edə bilər.
Qrinkeviç sentyabrın 11-də fəaliyyətə başlayan "Eastern Sentry" missiyasının artıq müəyyən nəticələr verdiyini də qeyd edib. Belə ki, missiyanın fəaliyyətə başlamasından sonra Rusiya Baltikyanı ölkələrin və Polşanın hava məkanına dronlarla daxil olmaq məsələsində daha ehtiyatlı davranır.
Oxşar xəbərlər

Dünya
Volqoqrad Prokurorluğu məktəbli qızın incidilməsi barədə məlumat əldə edib
News.ru · 12 oktyabr 2026, 00:47

Dünya
Volodimir Zelenski rusiyalıların bir hissəsini sanksiyaya məruz qoyub
News.ru · 12 oktyabr 2026, 00:47

Dünya
Tramp enerji müharibəsinin neft emalı zavodlarına hücumların dayandırılması demək olduğunu açıqlayıb
Ukrainskaya Pravda · 12 oktyabr 2026, 00:47
