Naçkebiya: 27 sentyabr Azərbaycan və Gürcüstan tarixində iz buraxmış hadisələrin xatırlandığı gündür
27 sentyabr 2026, 13:15 · Mənbə: Report.az

27 sentyabr Azərbaycan və Gürcüstanın yaxın tarixində dərin iz buraxmış hadisələrin xatırlandığı gündür.
Bunu "Report"un yerli bürosuna açıqlamasında Gürcüstanın Terrorizm və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Badri Naçkebiya bildirib.
"Bu tarix Gürcüstanda 1993-cü ildə Suxuminin süqutunun ildönümü və Abxaziya müharibəsində həlak olanların xatirəsi ilə əlaqələndirilir. 27 sentyabr 1993-cü ildə Suxuminin süqutundan sonra Abxaziyanın böyük hissəsinə nəzarət itirilib. Gürcüstanın rəsmi qurumları bu günü ölkənin ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinin yad edildiyi tarix kimi qeyd olunur", - o bildirib və əlavə edib ki, Azərbaycanda isə 27 sentyabr tarixi 2020-ci ildə başlayan Vətən müharibəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Anım Günüdür.
"2020-ci il müharibəsindən ötən müddətdə isə Cənubi Qafqazda yeni siyasi və geosiyasi reallıqlar formalaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra regionda təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq məsələləri yeni müstəvidə müzakirə olunur. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, həmçinin nəqliyyat-kommunikasiya xəttlərinin inkişafı Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq üçün yeni imkanlar yaradır", - ekspert deyib.
O, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının, nəqliyyat və enerji layihələrinin, ticarət əlaqələrinin və regional əməkdaşlığın genişləndirilməsinin Gürcüstan üçün əhəmiyyətinə də diqqət çəkib.
Politoloqun sözlərinə görə, regionda sülh və sabitliyin möhkəmlənməsi Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın inkişafı, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi və yeni regional layihələrin həyata keçirilməsi üçün əlavə imkanlar yarada bilər:
"Azərbaycanın öz ərazisi üzərində nəzarəti bərpa etməsi regionda uzun müddət davam edən prosesin qarşısındakı əsas maneələrdən birini aradan qaldırdı. Bu, Cənubi Qafqazda sülh üçün çox böyük imkan yaratdı. Burada Gürcüstanın da xüsusi rolu var. Gürcüstan üçün bu, prosesdə iştirak etmək baxımından böyük imkan idi.
İndi isə bir qədər başqa məsələyə keçək. Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Osetiya ilə bağlı məsələdə də öz mövqeyini açıq şəkildə ifadə edib. Həmçinin region ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələsi də xüsusi əhəmiyyət daşıyır.
Prinsip etibarilə burada Azərbaycan hökumətinin oynadığı rol da mühümdür. Çünki Azərbaycanın bu mövqeyi və siyasəti regionda sülhün və sabitliyin daha da möhkəmlənməsinə xidmət edir".
Oxşar xəbərlər

Dünya
Sankt-Peterburqdakı neft müəssisələrinə hücum edən şəxs öldürüb
BBC News · 18 oktyabr 2026, 16:17

Dünya
"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb
Report.az · 18 oktyabr 2026, 16:17

Dünya
Vladimir Zelenski ABŞ-la kəşfiyyat məlumatlarının dəyişməsini bərpa edib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 15:47

Dünya
Qəzzada minalardan çıxarılan 75 fələstinlinin dəfn mərasimi keçirilib
Al Jazeera · 18 oktyabr 2026, 15:47