TopXəbər

Myanmar vətəndaşı saxta timsah görüntüsü yaydığı üçün cəza ilə üzləşib

29 sentyabr 2026, 18:49 · Mənbə: Anadolu Ajansı

Myanmar vətəndaşı saxta timsah görüntüsü yaydığı üçün cəza ilə üzləşib

Myanmar vətəndaşı Ye Lin saxta timsah görüntüsü yaydığı üçün 10 ilə qədər həbs cəzası ala bilər. O, saxta məlumat yaymaq və ədalətin işinə mane olmaq ittihamları ilə üzləşib.

Anadolu Ajansı yazır ki, 30 yaşlı Ye Lin Myanmar vətəndaşıdır və ölkənin ən böyük baraj göllərindən birində timsah görüldüyünə dair süni intellekt tətbiqi vasitəsilə saxta görüntü hazırlayıb.

Ye Lin bu şəkli bir polis əməkdaşına göndərdikdən sonra göldə genişmiqyaslı axtarış işləri başlayıb və oradakı bütün fəaliyyətlər dayandırılıb.

Hadisədən bir gün sonra görüntünün saxta olduğu müəyyən edilib və Ye Linin süni intellekt tətbiqindəki bütün məlumatları sildiyi aşkar olunub.

Məhkəmə Ye Linə saxta məlumat yaymaq və ədalətin işini pozmaq ittihamları verib.

Bu səbəbdən Ye Lin 10 ilə qədər həbs, 8 min dollaradək cərimə və ya həbs və cərimə cəzasına məhkum edilə bilər.