TopXəbər

MSB "PİRANA" ilə su üstü hədəfi məhv edib

26 sentyabr 2026, 18:59 · Mənbə: Anadolu Ajansı

Milli Müdafiə Nazirliyi "PİRANA" kamikaze insansız su vasitəsinin "Denizkurdu-I" təlimində hədəfi məhv etdiyini açıqlayıb.

Anadolu Ajansı yazır ki, Milli Müdafiə Nazirliyi Makine ve Kimya Endüstrisi tərəfindən hazırlanan "PİRANA" Kamikaze İnsansız Su Vasitəsinin "Denizkurdu-I" təlimində su üstü hədəfi uğurla məhv etdiyini göstərən görüntüləri paylaşıb.

Nazirliyin sosial media hesabında "PİRANA paramparça etdi" başlıqlı paylaşımda min illik hərbi gücün yerli və milli texnologiyalarla daha da gücləndirildiyi vurğulanıb.

Paylaşımda "PİRANA"nın ilk dəfə "Denizkurdu-I" təlimində iştirak etdiyi və su üstündəki hədəfi uğurla məhv etdiyi qeyd olunub.

Bildirilib ki, yerli və milli texnologiyalarla yeni qabiliyyətlər inkişaf etdirilir və bu qabiliyyətlərlə döyüş sahəsinə yön verilməyə davam ediləcək.