TopXəbər

Monteneqro Aİ-yə üzvlük danışıqları çərçivəsində daha üç fəsli müvəqqəti bağlayıb

13 oktyabr 2026, 00:19 · Mənbə: Report.az

Monteneqro Aİ-yə üzvlük danışıqları çərçivəsində daha üç fəsli müvəqqəti bağlayıb

Monteneqro Avropa İttifaqına (Aİ) üzvlük danışıqları çərçivəsində daha üç fəsli müvəqqəti bağlayıb.

Yeniliklərdən dərhal xəbərdar olun!

Monteneqro Avropa İttifaqına (Aİ) üzvlük danışıqları çərçivəsində daha üç fəsli müvəqqəti bağlayıb.

"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Monteneqronun Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç Lüksemburqda keçirilən Monteneqro–Aİ Hökumətlərarası Konfransında iştirak edib.

Konfrans çərçivəsində 17-ci (İqtisadi və valyuta ittifaqı), 18-ci (Statistika), eləcə də 19-cu (Sosial siyasət və məşğulluq) fəsillər müvəqqəti bağlanıb.

Beləliklə, Monteneqro Aİ-yə üzvlük danışıqları çərçivəsində nəzərdə tutulan 33 fəsildən 21-ni müvəqqəti bağlayıb.

Monteneqro tərəfi islahatların davam etdirilməsinə və ölkə qanunvericiliyinin Aİ standartlarına uyğunlaşdırılmasına sadiqliyini bir daha təsdiqləyib.

Bildirilib ki, ölkənin əsas məqsədi Aİ-yə üzvlük danışıqlarını uğurla başa çatdırmaq və birliyə tamhüquqlu üzv olmaqdır.