Monteneqro 2028-ci ilin sonunadək Aİ-nin üzvü olmağı hədəfləyir
22 oktyabr 2026, 16:47 · Mənbə: Report.az

Monteneqro 2026-cı ilin sonunadək Avropa İttifaqı (Aİ) ilə danışıqları başa çatdırmağı və 2028-ci ilin sonunadək birliyin 28-ci üzvü olmağı hədəfləyir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Monteneqro 2026-cı ilin sonunadək Avropa İttifaqı (Aİ) ilə danışıqları başa çatdırmağı və 2028-ci ilin sonunadək birliyin 28-ci üzvü olmağı hədəfləyir.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Monteneqronun Baş naziri Miloyko Spayiç Berlin Prosesi Liderlər Sammitindən sonra Almaniya Kansleri Fridrix Merts və Avstriyanın Federal Kansleri Kristian Stokerlə birgə mətbuata verdikləri bəyanatda bildirib.
Ölkəsinin Berlin Prosesinə birillik sədrliyinə yekun vuran Baş nazir bu müddət ərzində görülən işləri yüksək qiymətləndirib:
"Bütün regionun ümumi Avropa gələcəyi naminə birləşdirilməsi və əməkdaşlığı mahiyyətini daşıyan bir təşəbbüsə rəhbərlik etmək böyük şərəfdir. Berlin Prosesi göstərdi ki, fikir ayrılıqlarına və açıq qalan məsələlərə baxmayaraq, Qərbi Balkanlar ortaq dil, dialoq, qarşılıqlı etimad və konkret nəticələr əldə edə bilər".
M.Spayiç qeyd edib ki, Monteneqronun sədrliyi dövründə 14-ü nazirlər səviyyəsində olmaqla ümumilikdə 26 tədbir təşkil olunub və bu, Berlin Prosesi tarixində ən intensiv fəaliyyət həcmi kimi qeydə alınıb.
Baş nazir ölkəsinin avrointeqrasiya hədəflərini də açıqlayıb:
"Bu il qarşımıza son dərəcə iddialı, lakin tamamilə real bir hədəf qoyduq: 2026-cı ilin sonuna qədər Aİ ilə danışıqları başa çatdırmaq və Monteneqronun 2028-ci ilin sonunadək Avropa İttifaqının 28-ci üzvü olması üçün şərait yaratmaq. Sədrliyimizlə bir daha aydın mesaj verdik ki, Qərbi Balkanların Avropaya inteqrasiyası təkcə regionumuzun strateji seçimi deyil, bütün Avropanın ümumi marağıdır və Monteneqro bu yolda etibarlı tərəfdaşdır".
Oxşar xəbərlər

Dünya
Almaniya ukraynalını Rusiya üçün casusluqda şübhəli bilib və saxlayıb
Ukrainskaya Pravda · 22 oktyabr 2026, 16:47

Dünya
Kremlin sözçüsü Putin-Witkoff görüşünü, Ukrayna üzrə üçtərəfli danışıqları və Çinlə əməkdaşlığı şərh edib
TASS · 22 oktyabr 2026, 16:49

Dünya
Ukrayna partizanları Moskva yaxınlığında hərbi rabitəni sabota edib
Kyiv İndependent · 22 oktyabr 2026, 16:47

Dünya
Braziliyanın genişlənən favelaları uzunmüddətli şəhər planlaşdırması tələb edir
France 24 · 22 oktyabr 2026, 16:47